Bu gün 18 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Beynəlxalq İnkişaf Turnirində son oyuna çıxıb.
Fanat.Az-ın məlumatına görə, təmsilçimiz 5-ci yer uğrunda görüşdə Tacikistanın uyğun yaş qrupundan ibarət komandası ilə üz-üzə gəlib.
Qarşılaşma rəqibin 0:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Xatırladaq ki, U-18 daha əvvəl keçirdiyi oyunlarda Rusiya (1:7) və Özbəkistana (1:3) məğlub olub, Belarusa qalib gəlib - 1:0.