Ozan Kabak Avropa İttifaqı ölkələrində yerli oyunçu statusu qazanmaq üçün Almaniyaya ikili vətəndaşlıq müraciəti edib.
Offsideplus.az xəbər verir ki, İngiltərə, İspaniya və İtaliyanın bəzi klubları vətəndaşlıq prosesi davam edən Ozan ilə yaxından maraqlanır.
Bu barədə "Kicker" nəşri məlumat yayıb.
O. Kabak 2022-ci ildən "Hoffenhaym"da çıxış edir. Onun klubu ilə müqaviləsi bu yay başa çatır.
25 yaşlı müdafiəçi cari mövsüm 15 oyunda 4 qol vurmağı bacarıb.