AZ

Osimhen "Juventus" ilə keçiriləcək oyunda əsas heyətdə olacaq

Victor Osimhen "Qalatasaray"ın 23-cü turda Konyaspor ilə oyununda zədələndiyi üçün iştirak edə bilməyib. Klub rəhbərliyi bildirir ki, 27 yaşlı hücumçu bazar günü fərdi məşqlərini idman salonunda davam etdirib.

“İki sahil” Türkiyə mediasına istinadla xəbər verir ki, gözlənildiyinə görə, Osimhen növbəti qarşılaşmada, xüsusilə "Juventus" ilə keçiriləcək cavab oyununda əsas heyətdə olacaq.

Eyni zamanda, yaz transfer dövründə hücum xəttini gücləndirməyi planlayan İspaniyanın böyük klubları - "Atletico Madrid" və "Barcelona"  Osimhen üçün rəqabət aparacaqları iddia olunur.

Bu vəziyyət, futbolsevərlər arasında həm zədənin gedişatı, həm də gələcək transfer ehtimalları ilə bağlı marağı artırıb.

Seçilən
13
ikisahil.az

1Mənbələr