AZ

Şair vəfat etdi -

Şair, ədəbiyyatşünas alim Musa Xanbabazadə 83 yaşında vəfat edib.

Bu barədə “Yeni Sabah”a onun yaxınları məlumat verib.

M.Xanbabazadə yaşla əlaqədar xəstəlikdən dünyasını dəyişib.

Ədib doğulduğu Boladi kəndində torpağa tapşırılıb.

Qeyd edək ki, Xanbabazadə Musa Cəfər oğlu 1943-cü ildə Lənkəran rayonunun Boladi kəndində anadan olub. 1970-ci ildə Azərbaycan Dövlət Universitetinin (BDU) Filologiya fakültəsini yüksək qiymətlərlə bitirib. “Qabaqcıl maarif xadimi”, ali kateqoriyalı müəllim, metodist müəllim adına, “Əmək igidliyinə görə medalı”na layiq görülüb.

Allah rəhmət eləsin.


Telegram kanalımız
Seçilən
3
1
yenisabah.az

2Mənbələr