AZ

Azərbaycan və Gürcüstan prokurorluqları arasında əməkdaşlıq müzakirə olunub

Tbilisidə Azərbaycan və Gürcüstan prokurorluqları arasında əməkdaşlıq müzakirə edilib.

"Report"un yerli bürosu xəbər verir ki, Azərbaycanın Baş prokuroru Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Gürcüstanın Baş prokuroru Giorgi Qvarakidzenin dəvəti ilə Tbilisiyə işgüzar səfərə gedib.

Nümayəndə heyəti səfər çərçivəsində Tbilisidə Ümummilli Lider Heydər Əliyevin adını daşıyan parkı ziyarət edib. Baş prokuror və nümayəndə heyətinin üzvləri parkda ucaldılan abidə önünə əklil qoyaraq Ulu Öndərin xatirəsini ehtiramla yad ediblər.

K.Əliyev daha sonra Azərbaycanın Gürcüstandakı səfirliyində görüş keçirib. Görüşlərdə iki ölkənin hüquq-mühafizə orqanları arasında əməkdaşlığın genişləndirilməsi, cinayətkarlıqla mübarizə sahəsində birgə fəaliyyət perspektivləri müzakirə olunub.

"Cebheinfo.az"

Seçilən
0
1
cebheinfo.az

3Mənbələr