Atakan Kayalar bir dövr danışıq tərzi və yaşına görə malik olduğu biliklərlə nəinki Türkiyənin, o cümlədən, dünyanın diqqət mərkəzinə düşmüşdü. O zaman cəmi 10 yaşı olan və “Filosof Atakan” kimi tanınan uşaq 5 ayda 250 fəlsəfə kitabı oxuduğunu söyləyərək hamını təəccübləndirmişdi.
Hafta.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, hazırda 17 yaşlı lisey şagirdi olan Atakan Kayalar illər sonra yenidən görüntülənib.
Uzun müddətdir ekranlardan uzaq həyat yaşayan Atakan Kayaların son görüntüsü gündəm olub. Gəncin imicində dəyişiklik etdiyi və saçlarını uzatdığı diqqət çəkib.
