ain.az bildirir, Azertag saytına əsaslanaraq.
Bakı, 23 fevral, AZƏRTAC
Birinci oyunun ilk hissəsində çox uğursuz olduq.
AZƏRTAC xəbər verir ki, bu sözləri “Qarabağ”ın futbolçusu Joni Montiel UEFA Çempionlar Liqasının pley-off mərhələsində İngiltərədə “Nyukasl” klubuna qarşı keçirəcəkləri cavab oyunundan öncə mətbuat konfransında deyib.
O, ikinci yarıda daha yaxşı mübarizə apardıqlarını bildirib: "Kaş ki, birinci hissədə də yaxşı çıxış edərdik. Amma bura Çempionlar Liqasıdır və rəqiblər çox güclüdür. Amma bu nəticəni unudub, İngiltərədəki görüşə hazırlaşmalıyıq".
Qeyd edək ki, fevralın 24-dən 25-nə keçən gecə “Sent Ceyms Park” stadionunda təşkil olunacaq “Nyukasl” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. İlk matçda İngiltərə klubu 6:1 hesablı qələbə qazanıb.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.