Bakı. Trend:
Elektron ticarəti həyata keçirən qeyri-rezident şəxslərin ƏDVməqsədləri üçün vergi uçotuna alınması mexanizmitəkmilləşdiriləcək.
Trend xəbər verir ki, bu,Prezident İlham Əliyevin təsdiqlədiyi Azərbaycan RespublikasınınVergi Məcəlləsində, “Banklar haqqında” və “Gömrük tarifi haqqında”Qanunlara edilən dəyişiklikdə əksini tapıb.
Dəyişikliyə əsasən, vergi orqanlarında uçotda olmayan şəxslərəelektron ticarət qaydasında işlərin və xidmətlərin təqdimedilməsindən gəlir əldə edən internet informasiya ehtiyatıvasitəsilə elektron ticarəti həyata keçirən qeyri-rezidentlər(Vergi Məcəlləsində nəzərdə tutulan Azərbaycanda qeyri-rezidenthüquqi şəxsin və ya qeyri-rezident fiziki şəxsin daiminümayəndəlikləri istisna olmaqla) alıcısı Azərbaycanda olan iş vəxidmətlərin təqdim edilməsindən dövriyyəsi təqvim ili ərzində 10000 ABŞ dollarının manat ekvivalentini keçdikdən sonra 30 günmüddətində elektron qaydada vergi uçotuna alınmalıdırlar. Buradaqeyd olunan dövriyyəsi 10 000 ABŞ dollarının manat ekvivalentindənaşağı olan qeyri-rezidentin elektron qaydada vergi uçotuna alınmasıkönüllü olaraq həyata keçiriləcək.
Məsləhət, hüquq, maliyyə, mühasibat, dizayn və mühəndisxidmətlərinin elektron poçt və digər interaktiv ünsiyyət vasitələriilə göstərilməsi, internet vasitəsilə real vaxt rejimindəgöstərilən tədris və təlim xidmətləri, habelə elm, təhsil,mədəniyyət, idman və əyləncə tədbirləri üçün biletlərin onlaynsifariş edilməsi xidmətləri bu maddənin məqsədləri üçün elektronticarət qaydasında təqdim edilən xidmətlərə aid edilməyəcək.
Vergi orqanlarında uçotda olmayan şəxslərə elektron ticarətqaydasında işlərin və xidmətlərin təqdim edilməsindən gəlir əldəedən internet informasiya ehtiyatı vasitəsilə elektron ticarətihəyata keçirən qeyri-rezidentin (Vergi Məcəlləsində nəzərdə tutulanAzərbaycanda qeyri-rezident hüquqi şəxsin və ya qeyri-rezidentfiziki şəxsin daimi nümayəndəlikləri istisna olmaqla) elektronqaydada vergi uçotuna alınması, yenidən uçota alınması və uçotdançıxarılması, ƏDV-nin ödəyicisi kimi qeydiyyata alınması, ƏDVbəyannaməsinin təqdim edilməsi və ƏDV-nin ödənilməsi qaydasımüvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum)tərəfindən müəyyən ediləcək.
Vergi ödəyicisi yuxarıdakı üç abzasda nəzərdə tutulan qaydadauçota alınan qeyri-rezident şəxslərə münasibətdə ƏDV-ni hər hesabatdövrü üçün hesabat dövründən sonrakı ayın sonuncu günündən gecolmayaraq büdcəyə ödəməyə borclu olacaq.
Dövlət başçısı müvafiq Qanunun icrası ilə bağlı Fərman imzalayıb.