Serbiya çempionatının 24-cü turunda “Srvena Zvezda” ilə “Partizan” arasında keçirilən matç tribunlarda kütləvi iğtişaşlarla yekunlaşıb.
Publika.az xəbər verir ki, derbi Belqraddakı Rayko Mitiç stadionunda keçirilib.
Matç 56-cı dəqiqədə dayandırılıb, çünki “Partizan” azarkeşlərinin sektoru alovlanıb. Fanatlar oturacaqları yandırıblar və bu, hakimi oyunu müvəqqəti dayandırmağa məcbur edib. Yanğınsöndürənlər hadisəyə tez müdaxilə edərək alovu söndürüblər və oyun 8 dəqiqə sonra bərpa olunub.

Ev sahibi komanda inamlı qələbə qazanıb - 3:0. Lakin son fitdən sonra vəziyyət gərginləşib. “Srvena Zvezda” azarkeşləri qonaq sektoruna fişənglər atmağa başlayıblar, buna görə də “Partizan” futbolçuları polis dəstələrinin müşayiəti ilə meydanı tərk etməli olublar.