AZ

Yıldız Tilbe Qəzzada 13 milyon ianə etdi, 12 min nəfərlik iftar süfrəsi təşkil olundu

Baku.ws portalından verilən məlumata əsasən, ain.az bildirir.

Türkiyəli müğənni Yıldız Tilbe Qəzzada evsiz qalanlar üçün 13 milyon lirə məbləğində ianə edib. Bu vəsait hesabına bölgədə çadır şəhərciyi qurulub və yüzlərlə ailə sığınacaqla təmin olunub.

BAKU.WS xəbər verir ki, Ramazan ayı münasibətilə sənətçi Qəzzada 12 min nəfərlik iftar süfrəsi də təşkil etdirib.

Tilbe bildirib ki, yardımlaşma imkanı olan hər kəs bunu etməlidir: "Hər kəs bir-birinə yardım etsə, dünyada nə ac qalar, nə də səfil. Çox gözəl hissdir. Mənim etdiyim dənizdə damla belə deyil. Danışılacaq şeylər də deyil."

Qeyd edək ki, yardım təşəbbüsü sosial şəbəkələrdə geniş müzakirə olunub.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
13
baku.ws

1Mənbələr