ain.az, sport24.az saytına istinadən bildirir.
"Kristal Pelas"ın baş məşqçisi Oliver Qlasner "Vulverhempton" üzərində 1:0 hesablı qələbədən sonra azarkeşlərlə yaşanan gərginliyə münasibət bildirib. Sport24.az xəbər verir ki, avstriyalı mütəxəssis azarkeşlərə hörmətsizlik etdiyini inkar edib."Selherst Park"da keçirilən qarşılaşmadan əvvəl tribunada "Azarkeşlərə hörmətsizlik edilib – Qlasner bitdi" məzmunlu banner nümayiş etdirilib. Bu addım Qlasnerin daha öncə UEFA Konfrans Liqasında "Zrinjski Mostar"la oyundan sonra azarkeşlərə "təvazökar olun" çağırışı etməsindən sonra atılıb.Oyunsonrası mətbuat konfransında Qlasner bildirib ki, səsləndirdiyi fikirlər yanlış anlaşılıb və onun məqsədi heç kəsi incitmək olmayıb. Mütəxəssis, həmçinin klub rəhbərliyinin və futbolçuların ona etimad göstərdiyini, mövcud müqaviləsinin sonuna qədər "Kristal Pelas"ın baş məşqçisi kimi fəaliyyətini davam etdirməsinin planlaşdırıldığını vurğulayıb.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.