AZ

Rusiya Avropanı sülh danışıqlarının iştirakçısı kimi görmək istəmir

Xalqcebhesi portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Rusiya başa düşür ki, Avropa onun Ukraynaya qarşı apardığı müharibənin həllində vasitəçilik etmək niyyətində deyil, əksinə, açıq-aydın Ukraynayönümlü mövqe tutur. Ona görə də Rusiya onu sülh danışıqlarının iştirakçısı kimi görmək istəmir.

Bunu xalqcebhesi.az-a Ukrayna Milli Strateji Araşdırmalar İnstitutunun Xarici Siyasət Araşdırmaları Mərkəzinin baş məsləhətçisi, iqtisad elmləri namizədi İvan Us Kremlin mətbuat katibi Dmitri Peskovun Rusiyanın Ukrayna məsələsi üzrə sülh danışıqlarında Avropanın iştirakını məqsədəuyğun hesab etməməsi fikrinə münasibətdə deyib.

"Üstəlik, Rusiyanın nöqteyi-nəzərindən, Rusiya 2022-ci ilin mart danışıqlarında məhz Avropanın Ukraynanı dəstəklədiyi üçün öz məqsədlərinə nail ola bilmədi. Rusiya da ABŞ-ın iştirakını (NATO-nun ilk ordusu) alqışlasa da, NATO-nun sülh danışıqlarında iştirakını istəmir.

Amma burada söhbət daha çox NATO-nun ikinci ordusundan (Türkiyə) gedir. Çünki Rusiya başa düşür ki, Türkiyənin danışıqlarda iştirakı Krımın yerli əhalisi (Krım tatarları) məsələsinin gündəmə gəlməsinə gətirib çıxaracaq ki, bu da Rusiyaya lazım deyil".

Cavid

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
13
icma.az

1Mənbələr