AZ

Zelenski Avropanı Ukraynanın ordusunu maliyyələşdirməyəÇAĞIRDI

Ukrayna Prezidenti Vladimir Zelenski Avropadan Ukraynanın müqaviləli ordusunu maliyyələşdirməsini tələb edib.

Redaktor.az xəbər verir ki, ölkə başçısı bu ahqda BBC-ə verdiyi müsahibədə danışıb.

Onun sözlərinə görə, Avropa ölkələri Ukraynanın səfərbərlik modelindən müqaviləli sistemə keçidini maliyyələşdirə bilərdi. Zelenski xatırladıb ki, Rusiyada hərbçilərə müqavilə imzalayanda ödəniş edilir. Ukrayna da eyni sistemi tətbiq etmək istəyir, amma bunun üçün kifayət qədər maliyyə yoxdur.

“Bura Avropalılar kömək edə bilər. Amma bu proqram hələ Avropa tərəfindən maliyyələşdirilmir,” – deyə Zelenski bildirib.

Eyni müsahibədə Zelenski ABŞ Prezidenti Donald Trampın etibarlılığına da şübhə ilə yanaşıb. Onun sözlərinə görə, Kiyev Konqresin dəstəyinə ehtiyac duyur, çünki Ukrayna təhlükəsizlik zəmanətlərini birbaşa 30 illik müddət üçün gözləyir.

Aytəkin TOFİQQIZI

Seçilən
11
1
redaktor.az

2Mənbələr