Ermənistanda 19 yaşlı hərbçi Aram Xaçatryanın qətli ilə bağlı iki nəfər həbs edilib.
"Cebheinfo.az" yerli mətbuata istinadən xəbər verir ki, bu barədə ölkənin Baş Prokurorluğu məlumat yayıb.
Məlumata görə, Xaçatryanın fevralın 21-də Sevan rayonunda öldürülüb.
İstintaq zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları iki nəfəri tutublar. Onlara qarşı Ermənistan Cinayət Məcəlləsinin 155-ci maddəsinin 1-ci hissəsi (qətl) ilə cinayət işi açılıb. Hər iki şəxs bir ay müddətinə həbs ediliblər.
Bəzi məlumatlara görə, hadisə ilə əlaqədar həbs olunanlar yetkinlik yaşına çatmayan şəxslərdir. (Oxu.az)
"Cebheinfo.az"