ain.az, Azertag saytına istinadən bildirir.
Bakı, 23 fevral, AZƏRTAC
Ağ Evin rəsmi nümayəndəsi Kerolayn Livitt Meksikada fəaliyyət göstərən CJNG kartelinin başçısının zərərsizləşdirilməsi ilə bağlı açıqlama verilib.
AZƏRTAC xəbər verir ki, onun sözlərinə görə, mütəşəkkil cinayətkar qruplaşmanın liderinin öldürülməsi ABŞ-nin Meksikanın hüquq-mühafizə orqanlarına ötürdüyü kəşfiyyat dəstəyi sayəsində mümkün olub.
Qeyd edək ki, Meksikanın ən qəddar kartellərindən biri olan CJNG-nin lideri Nemesio Oseqera Servantesin qətli fevralın 22-də açıqlanıb. Vaşinqton Servantesi ABŞ-yə narkotik tədarükündə aparıcı rol oynayan cinayətkar təşkilata rəhbərlikdə ittiham edirdi.
Kartel başçısının qətlindən sonra Meksikada silahlı toqquşmalar başlayıb. CJNG üzvləri dövlət qulluqçularına qarşı pusqu və hücumlar təşkil ediblər.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.