AZ

“Bakcell” və Gənclər Fondu Qarabağ Universitetində tələbələrlə görüş keçirib

İnnovasiya lideri “Bakcell” və Azərbaycan Respublikasının Gənclər Fondu Qarabağ Universitetində “İnnovasiya və Süni İntellekt” təqaüd proqramına dair məlumatlandırma görüşü keçirib.

“Qafqazinfo” xəbər verir ki, görüşdə universitetin tələbələrinə proqramın məqsədi, seçim meyarları, təlim istiqamətləri və ümumi proses barədə ətraflı məlumat verilib, daha sonra isə onları maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, gənclərin proqram haqqında daha dolğun məlumat əldə etməsinə töhfə verən məlumatlandırma görüşləri növbəti günlərdə Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan-Fransız Universiteti və Azərbaycan Dövlət İqtisad Universitetində keçiriləcək.

Təqaüd proqramı çərçivəsində seçilmiş iştirakçılar süni intellekt, data analitikası, proqramlaşdırma və UI/UX dizayn kimi gələcəyin peşələri üzrə praktiki təlimlərə cəlb olunacaqlar. Proqram müddətində ümumilikdə 150 gəncin bu imkanlardan yararlanması nəzərdə tutulur.

Bu təşəbbüs “Bakcell” və Gənclər Fondunun birgə tərəfdaşlığı çərçivəsində gənclərin potensialının üzə çıxarılmasına, innovasiya ekosisteminin gücləndirilməsinə və regionda gənc mütəxəssislərin formalaşmasına töhfə verməyi hədəfləyir.

Seçilən
0
14
publika.az

10Mənbələr