AZ

Tanınmış ekspertin adından dələduzluq edilir FOTO

Bakivaxti saytından alınan məlumata görə, ain.az bildirir.

İnformasiya məsələləri üzrə ekspert Əmrah Mövsümzadənin adından dələduzluq edilir.

Bu barədə Bakıvaxtı.az-a ekspertin özü bildirib.

Dediyinə görə, sosial şəbəkə istifadəçilərindən biri onun şəklindən və kimliyindən qanunsuz şəkildə istifadə edərək saxta və dələduzluq xarakterli elanlar paylaşır.

“Bu paylaşımların mənimlə heç bir əlaqəsi yoxdur”, - deyən Ə.Mövsümzadə məsələ ilə bağlı aidiyyəti qurumlara rəsmi məlumat verildiyini vurğulayıb.

O, sosial şəbəkə istifadəçilərini diqqətli olmağa çağırıb.

Murad Məmmədli

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
1
1
bakivaxti.az

2Mənbələr