AZ

Bakı və Belqradın yeni geopolitik modeli ŞƏRH

Ses qazeti saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Azərbaycan Prezidenti İlham Əliyevin 2026-cı il fevralın 15-də Serbiyaya reallaşdırdığı rəsmi səfər Bakı ilə Belqrad arasındakı çoxşaxəli bağların yeni inkişaf trayektoriyasını müəyyən edən mühüm hadisəyə çevrildi. Paytaxt Belqradda ali qonağın şərəfinə təşkil edilən təntənəli qarşılanma mərasimindən sonra dövlət başçıları İlham Əliyev və Aleksandar Vuçiç həm dar, həm də geniş tərkibdə apardıqları müzakirələrdə ikitərəfli əlaqələrin mövcud mənzərəsini təhlil edərək, gələcəyə hədəflənmiş strateji addımları müəyyənləşdirdilər. Tərəflər arasında qurulan yüksək səviyyəli siyasi dialoq qarşılıqlı etimadın ən bariz nümunəsi kimi dəyərləndirildi və bu münasibətlərin sarsılmaz təməllər üzərində daha da möhkəmləndirilməsinin vacibliyi xüsusi qeyd olundu. Prezident İlham Əliyevin vurğuladığı kimi, beynəlxalq müstəvidə bir-birinin suverenliyini və ərazi bütövlüyünü tərəddüdsüz dəstəkləyən bu iki dövlət, əsl dostluq və prinsipial tərəfdaşlıq nümunəsi nümayiş etdirirlər.

Mətbuata açıqlamalar zamanı əsas diqqət mərkəzi iqtisadi platformanın genişləndirilməsinə yönəldildi; qeyd olundu ki, ticarət dövriyyəsindəki müsbət dinamikaya rəğmən, hər iki ölkənin iqtisadi potensialı daha böyük layihələrin icrasına imkan verir. Azərbaycanın Serbiyanın sənaye, infrastruktur və xüsusilə enerji sektorlarına sərmayə yatırmaq niyyəti bu əməkdaşlığın praktiki müstəviyə keçdiyini sübut edir. Avropanın enerji xəritəsində etibarlı tərəfdaş kimi mövqeyini durmadan möhkəmləndirən Azərbaycan, Serbiya ilə qaz təchizatı və bərpa olunan enerji sahəsində qurduğu sinerji vasitəsilə regionun enerji təhlükəsizliyinə mühüm töhfələr verir. Bu strateji yaxınlaşma təkcə enerji xətləri ilə məhdudlaşmır, həm də logistik marşrutların şaxələndirilməsi, nəqliyyat dəhlizlərinin səmərəliliyinin artırılması və qarşılıqlı investisiya mühitinin canlandırılması kimi mühüm hədəfləri ehtiva edir.

Eyni zamanda, dövlət başçıları humanitar diplomatiyanın gücündən istifadə edərək təhsil və mədəniyyət sahəsində mübadilələrin artırılmasının, xalqlar arasında birbaşa təmasların gücləndirilməsinin münasibətlərin mənəvi bazasını təşkil etdiyini bildirdilər. Fevralın 15-də baş tutan bu tarixi görüşlər Azərbaycan-Serbiya dostluğunun yüksələn xətt üzrə inkişaf etdiyini, tərəfdaşlıq modelinin artıq sarsılmaz bir strateji müttəfiqlik mərhələsinə qədəm qoyduğunu bir daha təsdiqləmiş oldu. Belqraddakı müzakirələrin yekunu olaraq deyə bilərik ki, bu səfər hər iki ölkənin milli maraqlarına xidmət edən uzunmüddətli və dayanıqlı tərəfdaşlıq üçün yeni üfüqlər açdı.

Gülnaz Rüstəmova

YAP Babək rayon təşkilatının əməkdaşı

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
18
sesqazeti.az

1Mənbələr