AZ

Allergiyanın meydana gəlməsinə səbəb olan amillər

Soyuq allergiyası insan orqanizmində dəyişilmiş iri zülallar – soyuq allergiyasına səbəb olan zülallar mövcudluğu səbəbindən yaranır.

Redaktor.az xəbər verir ki, bu barədə allergoloq və immunoloq Vladimir Bolibok life.ru-ya məlumat verib.

Həkim izah edib ki, bu zülallar histaminin ifrazına səbəb olur və dəri və selikli qişalarda səpkilərlə və qaşınma ilə müşayiət olunan urtikerin (allergik xəstəlik) yaranmasına gətirib çıxarır. Dərinin soyuması zamanı, əlavə edib Bolibok, krioglobulinlər çökməyə başlayır və allergiyaya xas olan ləkələr əmələ gətirir.

Sonra histaminin ifrazı baş verir və urtiker yaranır, – deyə həkim qeyd edib. Belə allergiyanın meydana gəlməsinə digər xəstəliklər də təsir göstərə bilər, o cümlədən müxtəlif infeksiyalar, autoimmun proseslər və daxili orqanların xəstəlikləri, – deyə immunoloq yekunlaşdırıb.

Aytəkin TOFİQQIZI

Seçilən
13
1
redaktor.az

2Mənbələr