AZ

“Putin artıq Üçüncü Dünya müharibəsinə başlayıb” - Zelenski

“Rusiya Prezidenti Vladimir Putin artıq Üçüncü Dünya müharibəsinə başlayıb. İndi isə əsas vəzifə onun genişmiqyaslı olmasının qarşısını almaqdır və Ukrayna da məhz bunu edir”.

Missiya.Az xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Volodimir Zelenski “BBC”yə müsahibəsində deyib.

"Üçüncü Dünya müharibəsi ilə bağlı fərqli baxışlarımız var. Mən inanıram ki, Putin artıq müharibəni başladıb. Yeganə sual onun nə qədər ərazini ələ keçirə biləcəyi və onu necə dayandıra biləcəyidir", - deyə siyasətçi bildirib.

Daşqın HəsənovMissiya.Az

Seçilən
0
1
missiya.az

2Mənbələr