AZ

Anatoli Banişevski: Əfsanə 80 yaşında...

Bu gün Azərbaycanın əfsanəvi futbolçusu Anatoli Banişevskinin 80 yaşı tamam olur.

Fanart.Az xəbər verir ki, 1946-cı ilin fevralın 23-də Bakıda anadan olmuş Anatoli Banişevski 1964-1978-ci illərdə "Neftçi”nin heyətində çıxış edib. 

1966-cı ilin bürünc mükafatçısı karyerasının sonunadək sadiq qaldığı komandada 318 oyun keçirib, 136 qol vurub. 1965-1972-ci illərdə SSRİ yığma komandasının formasını geyinmiş və 19 qola imza atmış Banişevski 1966-cı ildə dünya çempionatının bürünc, 1972-ci ildə isə Avropa çempionatının gümüş medalını qazanıb.
 
SSRİ-nin əməkdar idman ustası və Qriqori Fedotov klubunun üzvü olan Banişevski daha sonra "Neftçi”də (1981-1982) məşqçi, Mingəçevirin "Avtomobilçi” klubunda (1984 - 1987), Burkina-Fasonun gənclər yığmasında (1987-1988) və "Kəpəz”də (1988) baş məşqçi kimi çalışıb. Afrika ölkəsində işlədiyi zamanı ağır xəstəliyə tutulan Banişevski 1997-ci il dekabrın 9-da 51 yaşında vəfat edib. O, 1996-cı ildə - ölümündən bir il əvvəl "Şöhrət" ordeni ilə təltif olunub.

Seçilən
2
1
fanat.az

2Mənbələr