AZ

Prezident İlham Əliyev Bruney Sultanı və Yapon İmperatorunu təbrik edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bruney-Darüssalamın Sultanı Hacı Həssənal Bolkiaha və Yaponiyanın İmperatoru Naruhitoya təbrik məktubu ünvanlayıb.

Məktubda Prezident İlham Əliyev Bruney Sultanını ölkənin milli bayramı münasibətilə təbrik edərək Azərbaycan-Bruney münasibətlərinin hazırkı səviyyəsindən məmnunluğunu ifadə edib. Dövlət başçısı həmçinin Ramazan ayının başlanması münasibətilə səmimi arzularını çatdırıb və Bruney xalqına əmin-amanlıq, firavanlıq və uğurlar arzulayıb.

Eyni zamanda, Prezident İlham Əliyev Yapon İmperatoru Naruhitonu milli bayram – Təvəllüd Günü münasibətilə təbrik edərək, ona möhkəm cansağlığı, xoşbəxtlik və ali fəaliyyətində müvəffəqiyyətlər arzulayıb. Məktubda Yaponiya xalqına da daim firavanlıq və rifah dilənib.

Seçilən
11
1
anews.az

2Mənbələr