AZ

Braziliyalı futbolçu Amerika klubu ilə danışıq aparır

“Mançester Yunayted”in yarımmüdafiəçisi Kazemiro gələcəyi ilə bağlı ABŞ-da klub rəhbərliyi ilə görüş keçirib.

İdmanxeber.az xəbər verir ki, braziliyalı futbolçu ailəsi ilə birlikdə Mayamidə olub və MLS təmsilçisi “İnter Mayami”nin rəhbərliyi ilə danışıqlar aparıb.

Məlumata görə, həm bu klub, həm də futbolçunun sabiq komandası “San-Paulu” onun transferində maraqlıdır. Braziliya klubu 2 illik müqavilə və daha sonra strukturda vəzifə təklif etməyə hazırdır.

Qeyd edək ki, Kazemironun “Mançester Yunayted”lə müqaviləsi mövsümün sonunda başa çatır və klub artıq sözləşməni yeniləməyəcəyini açıqlayıb. Bu mövsüm o, 25 oyunda 5 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Seçilən
10
idmanxeber.az

1Mənbələr