AZ

“Ukrayna mütləq öz ərazisini qaytaracaq” - Zelenski

“Ukraynanın qələbəsi təkcə ərazilərin qaytarılmasında deyil, həm də xalqın və müstəqilliyin qorunmasındadır”.

Missiya.Az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski “BBC”yə müsahibəsində deyib.

O, Ukraynanın uduzmayacağını və müstəqillik uğrunda mübarizə apardıqlarını bildirib.

Zelenski həmçinin qələbənin ukraynalılar üçün normal həyatın bərpası və faciənin sona çatması demək olduğunu əlavə edib.

"İnanıram ki, bu gün Rusiya Prezidenti Vladimir Putini dayandırmaq və Ukraynanın işğalının qarşısını almaq bütün dünyanın qələbəsidir. Çünki Kreml rəhbəri Ukraynada dayanmayacaq", - deyə siyasətçi vurğulayıb.

Zelenski qeyd edib ki, gələcəkdə Ukrayna mütləq öz ərazisini qaytaracaq.

Daşqın HəsənovMissiya.Az

Seçilən
11
missiya.az

1Mənbələr