AZ

Zaxarova: Hamı türklərə yardıma qaçdı, onları isə görən olmadı

BAKI, 23 fevral. TELEQRAF

“Bizim kimlərisə qoruya bilmədiyimiz barədə söylənilənlər gülüncdür. Halbuki Kuba, Suriyan xalqı və digərlərinə çox yardım göstərilib. COVID zamanı da yardım göstərilmişdi. O zaman Kuba və Venesuela Qərb tərəfindən sıxışdırılırdı, bu, təkcə sanksiyalar deyildi, əsl blokada idi”.

Teleqraf xəbər verir ki, bu sözləri Moskvanın öz müttəfiqlərini qoruya bilməməsi ilə bağlı iddianı TASS-a şərh edən Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

“Yaxud bir sıra ölkələrdə baş verən dağıdıcı zəlzələləri xatırlayın. Ən ağır zəlzələ Türkiyədə oldu. Dünya ictimaiyyəti, o cümlədən Qərb türk xalqı ilə həmrəylik göstərdi. Amma Suriyada da eyni dərəcədə dağıdıcı zəlzələ olmuşdu. Dağıntı və tələfat çox böyük idi. Amma sanki Qərb Suriyadakı zəlzələni görmədi. Blokadadan bir addım belə geri çəkilmədilər. Yardım üçün imkan yaratmaq niyyətində deyildilər. Daha doğrusu, Suriyaya sanksiya təzyiqini yüngülləşdirmək üçün bir addım da atmaq niyyətində deyildilər, dərman, tikinti materialı göndərmək və ya Suriya xalqına nəfəs aldırmaq imkanı yaratmaq mümkün deyildi. Rusiya onda da köməyə gəldi.

İrana gəldikdə isə, bu, həm mövcud müqavilə bazasına əsaslanır, həm praktiki diplomatiya var, beynəlxalq təşkilatlarda iş gedir və sair. Həmçinin Rusiyanın mövqeyi olmasaydı, indi Venesuelanın dövlətçiliyindən çox az şey qalmışdı”, - diplomat iddia edib.

Seçilən
11
1
teleqraf.com

2Mənbələr