AZ

ABŞ və G7 ölkələri Rusiya neftinin idxalının bloklanması təşəbbüsünü dəstəkləməyib

ABŞ və “Böyük yeddilik” (G7) ölkələri Avropa İttifaqının Rusiya neftinin idxalının bloklanması təşəbbüsünü dəstəkləməyib.

“İki sahil” xəbər verir ki,  bu barədə TASS agentliyinə Brüsseldəki diplomatik mənbə məlumat verib.

Mənbənin sözlərinə görə, ABŞ Avropa İttifaqı ilə sanksiyaların sinxronlaşdırılması üzrə öhdəlik götürməkdən imtina edib. Bununla belə, Vaşinqtonun öz şərtləri əsasında ayrıca məhdudlaşdırıcı tədbirlər görə biləcəyi istisna olunmur. G7 ölkələri isə Rusiyaya qarşı sanksiyalara qoşulma ehtimalını istisna etməsələr də, konkret öhdəlik götürməyiblər.

Diplomatik mənbə bildirib ki, Avropa İttifaqının daxilində də Rusiyaya qarşı 20-ci sanksiyalar paketi ilə bağlı fikir ayrılıqları qalmaqdadır. Planın təxminən 95 faizi razılaşdırılsa da, əsas məsələlər üzrə razılıq əldə olunmadığından irəliləyiş yoxdur. Qərarın fevralın 23-də Brüsseldə keçiriləcək Aİ xarici işlər nazirlərinin iclasında qəbul oluna biləcəyi qeyd edilir.

Fevralın 18-də Avropa Komissiyasının iqtisadiyyat üzrə komissarı Valdis Dombrovskis Aİ-nin G7 dəstəyi olmadan belə, Rusiya neftinin dəniz daşımalarına xidmət göstərilməsinə tam qadağa tətbiq edə biləcəyini demişdi. Bununla yanaşı, Avropa Komissiyasının sədri Ursula von der Leyen belə bir qadağanın yalnız “Böyük yeddilik” ölkələrinin dəstəyi ilə qüvvəyə minəcəyini vurğulamışdı.

Seçilən
6
ikisahil.az

1Mənbələr