AZ

Azərbaycanda bu şəxslərə dair tələblər dəyişir

Azərbaycanda hərbi xidmətə könüllü daxil ola və ya qəbul edilə biləcək şəxslərə dair tələblər dəyişir.

Publika.az xəbər verir ki, bununla bağlı "Hərbi xidmətkeçmə haqqında" Əsasnaməyə dəyişiklik təklif edilir.

Bununla bağlı qanun layihəsi parlamentin Gənclər və idman komitəsinin bugünkü iclasında müzakirə olunub.

Qeyd edilib ki, müddətdən artıq həqiqi hərbi xidmətə ən azı ümumi orta təhsilli, qanunla müəyyənləşdirilən müddətli həqiqi hərbi xidməti başa çatdırmış hərbi qulluqçular, 40 yaşınadək hərbi vəzifəlilər (zabitlər, gizirlər və miçmanlar istisna olmaqla), habelə 19 yaşından 40 yaşınadək qadınlar qəbul edilə bilərlər.

Qüvvədə olan qanuna əsasən isə əsgərlərin, matrosların və çavuşların müddətdən artıq həqiqi hərbi xidmətinə qanunla müəyyənləşdirilmiş müddətli həqiqi hərbi xidməti başa çatdırmış hərbi qulluqçular, 40 yaşınadək hərbi vəzifəlilər (zabitlərdən, gizirlərdən və miçmanlardan başqa), habelə 19 yaşından 40 yaşınadək qadınlar qəəbul edilirdilər.

Seçilən
5
2
publika.az

3Mənbələr