Ölkədə bir neçə Ermənistan mənşəli proqram təminatından aktiv şəkildə istifadə olunur.
7News.Az Xezerxeber.az-a istinadən xəbər verir ki, bu sözləri informasiya təhülkəsizliyi üzrə ekspert Fərid Pərdəşünas deyib.
Onun sözlərinə görə istifadəçilər çox vaxt özləri də bilmirlər ki, həmin tətbiqlər ermənilərə məxsusdur.
Bu proqram təminatları vətəndaşların məlumatları üçün ciddi təhlükə yaradır.Vətəndaşlar daha çox alternativ platformalardan istifadə etsələr deyə ekspert qeyd edib.
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Bəhruz Məhərrəmov deyir ki, artıq Azərbaycan və Ermənistan arasında real sülhə doğru addımlar atılır.belə bir mərhələdə müxtəlif məhsulların , o cümlədən proqram təminatlarının qarşılıqlı mübadiləsi mümkün olsa da bütün bu proseslər real şərait nəzərə alınmaqla həyata keçirilməlidir.
Ermənistan mənşəli proqramlara diqqət edilməldir.