AZ

“Aztelekom” çağrı xidmətlərini vahid “170” Çağrı mərkəzində birləşdirir

“Bakı Telefon Rabitəsi” MMC də daxil olmaqla bir sıra qurumların 2025-ci ildə “Aztelekom” MMC-yə birləşdirilməsi səbəbindən çağrı xidmətləri vahid platformada təqdim olunacaq.

Vətəninfo.az xəbər verir ki, “155” xidməti mərhələli şəkildə “170” Çağrı mərkəzinə inteqrasiya olunur.

Bildirilib ki, 2 mart 2026-cı il tarixindən etibarən “155” nömrəsinə daxil olan zənglər avtomatik olaraq “170” Çağrı mərkəzinə yönləndiriləcək. 1 aprel 2026-cı il tarixindən etibarən isə “155” xidmətinin fəaliyyəti tam dayandırılacaq.

Qeyd edək ki, bu dəyişiklik telekommunikasiya xidmətlərinin daha səmərəli və operativ təşkili, eləcə də xidmət keyfiyyətinin yüksəldilməsi məqsədi daşıyır.

Seçilən
7
3
veteninfo.az

5Mənbələr