AZ

Azərbaycan millisi Belarusda son matçına çıxır

Belarusun paytaxtı Minskdə keçirilən Beynəlxalq İnkişaf Turnirinə bu gün yekun vurulacaq.

Fanat.Az xəbər verir ki, yarışda iştirak edən 18 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi də bu gün sonuncu oyuna çıxacaq.

Aqil Nəbiyevin rəhbərlik etdiyi gənclər 5-ci yer uğrunda görüşdə Tacikistanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.

Matç Bakı vaxtı ilə saat 13:20-də başlayacaq.

Xatırladaq ki, U-18 daha əvvəl keçirdiyi matçlarda Rusiya (1:7) və Özbəkistana (1:3) məğlub olub, Belarusa qalib gəlib - 1:0.

Seçilən
9
fanat.az

1Mənbələr