AZ

S&P: Yeni Konstitusiya və sülh prosesi fonunda Ermənistan müdafiə xərclərini azaldacaq

Ermənistan hakimiyyəti yeni Konstitusiya layihəsi üzərində işləyir və sənədin mart ayına qədər hazırlanması, referendumun isə iyun parlament seçkilərindən sonra keçirilməsi planlaşdırılır.

APA-Economics” xəbər verir ki, bu barədə "S&P Global Ratings" beynəlxalq reytinq agentliyinin Ermənistan üzrə qiymətləndirməsində bildirilir.

Qeyd olunur ki, Konstitusiya islahatı Azərbaycanla aparılan sülh danışıqları kontekstində xüsusi əhəmiyyət daşıyır. Xüsusilə sənədin preambulasında 1990-cı il Müstəqillik Bəyannaməsinə istinadların saxlanılıb-saxlanılmayacağı əsas mübahisə mövzularından biridir. Azərbaycan həmin istinadları potensial ərazi iddiaları kimi qiymətləndirir.

S&P-nin qiymətləndirməsinə görə, Ermənistan və Azərbaycan arasında danışıqlarda irəliləyiş yaxın müddətdə təhlükəsizlik risklərini azaltsa da, yekun və hüquqi baxımdan məcburi sülh sazişinin imzalanması və effektiv icrası zaman tələb edəcək.

Agentlik həmçinin bildirir ki, iyuna planlaşdırılan parlament seçkiləri siyasi sabitlik və siyasət kursunun davamlılığı baxımından mühüm sınaq olacaq. Son rəy sorğuları Baş nazir Nikol Paşinyan və onun “Vətəndaş Müqaviləsi” Partiyasının hələ də öncül mövqedə olduğunu göstərir. Bununla belə, 2021-ci ilin növbədənkənar seçkilərindən sonrakı dövrlə müqayisədə dəstək səviyyəsinin azaldığı qeyd olunur. Müxalifətin isə parçalanmış vəziyyətdə olduğu, müxtəlif siyasi və ictimai qrupların vahid lider ətrafında birləşə bilmədiyi vurğulanır.

Əsas ssenariyə görə, iyun seçkilərindən sonra siyasi kursda ümumi davamlılıq gözlənilir və yeni hökumətin Azərbaycanla tam sülh sazişinə nail olmağa yönəlmiş siyasəti davam etdirəcəyi ehtimal edilir.

Qiymətləndirmədə qeyd olunur ki, xərclər prioritetləri yenidən balanslaşdırılır: orta müddətli iqtisadi artımı dəstəkləmək üçün kapital qoyuluşları yüksək səviyyədə saxlanılır, müdafiə xərclərinin isə nominal ifadədə və ÜDM-də pay baxımından azalması planlaşdırılır. Bu azalma Azərbaycanla aparılan sülh danışıqları fonunda yaxın müddətdə təhlükəsizlik risklərinin azaldığı qənaəti ilə əlaqələndirilir.

Seçilən
12
4
apa.az

5Mənbələr