Ötən həftə Azərbaycanda 593 yanğın qeydə alınıb. Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib ki, "112" qaynar xəttinə daxil olmuş zənglər əsasında aidiyyəti qurumlar 593 yanğın, 26 köməksiz vəziyyət, 1 avtonəqliyyat qəzası və 1 partlayış faktı üzrə əməliyyat keçirib.
FHN qüvvələri 37 nəfəri xilas edib, onlardan 13-ü azyaşlıdır; 11 nəfər təxliyə olunub, 3 nəfər xəsarət alıb, 1 nəfərin meyiti bağlı qapı arxasında aşkar edilib.
Aytac