İngiltərə Premyer Liqasında 27-ci turun oyunları keçirilib.
Msport.az xəbər verir ki, səfərdə “Tottenhem”in qonağı olan “Arsenal” 4:1 hesabı ilə qalib gəlib.
London derbisindəki qalibiyyətdən sonra “Arsenal” 61 xalla liderliyini davam etdirir. “Tottenhem” isə 29 xalla 16-cı sırada yer alıb.