AZ

Meksika prezidenti xalqa müraciət etdi

Meksika prezidenti Klaudiya Şeynbaum, ölkənin ən çox axtarılan narkotik baronu və Xalisko Yeni Nəsil Kartelinin (CJNG) lideri El Mençonun öldürülməsindən sonra başlayan zorakılıqlar fonunda sakitliyə çağırıb. 

"Unikal" xəbər verir ki,  Meksika lideri bu  barədə "X"da yazıb.

"Bütün ştat hökumətləri ilə tam koordinasiya içindəyik, məlumatlı qalmalı və sakitliyimizi qorumalıyıq. Meksika ordusuna, Milli Qvardiyaya, Silahlı Qüvvələrə və Təhlükəsizlik Kabinetinə təşəkkürümü bildirirəm.”

Xatırladaq ki, ötən gün Jalisco ştatında CJNG-yə qarşı hərbi əməliyyat keçirilib və toqquşma zamanı təşkilat lideri El Mençonun öldürülüb. 

Əməliyyatdan sonra cinayətkar qruplaşmanın mümkün cavab hücumu kimi Jalisco və ölkənin bəzi digər ştatlarında çoxsaylı yol bağlanmaları, nəqliyyat vasitələrinin və iş yerlərinin yandırılması halları qeydə alınıb. Genişmiqyaslı zorakılıq hadisələrinin bir neçə ştatda artaraq davam etdiyi qeyd olunur.

Gülayə Mecid 

Seçilən
12
50
unikal.az

10Mənbələr