Idman.biz portalından verilən məlumata görə, ain.az xəbər yayır.
İngiltərə Premyer Liqasının 27-ci turunda baş tutan London derbisi hər iki komanda üçün tarixi statistikaların yenilənməsi ilə yadda qalıb. “Arsenal”ın səfərdə qazandığı 4:1 hesablı qələbə rəqiblər arasındakı güc nisbətini bir daha ortaya qoyub.
İdman.Biz xəbər verir ki, bu nəticə ilə “Arsenal”ın “Tottenhem” üzərindəki məğlubiyyətsizlik seriyası səkkiz matça çatıb. Mikeli Artetanın yetirmələri son illərdə bu qarşılaşmalarda mütləq üstünlük nümayiş etdirirlər. Belə ki, 2022/2023 mövsümündə iki qələbə (3:1, 2:0) qazanan “topçular”, növbəti mövsümdə bir heç-heçə (2:2) və bir qələbə (3:2) ilə yadda qalıblar. Ötən mövsümü də iki qələbə ilə (1:0, 2:1) tamamlayan “Arsenal”, cari kampaniyanın hər iki görüşündə rəqibini eyni hesabla - 4:1 məğlub etməyi bacarıb.
“Tottenhem” üçün isə vəziyyət daha acınacaqlıdır. London təmsilçisi 2026-cı ildə keçirdiyi doqquz Premyer Liqa oyununun heç birində qələbə qazana bilməyib. Yeni ildə “Brentford” (0:0), “Sanderlend” (1:1), “Börnli” (2:2) və “Mançester Siti” (2:2) ilə heç-heçə edən komanda, “Bornmut” (2:3), “Vest Hem” (1:2), “Mançester Yunayted” (0:2), “Nyukasl” (1:2) və nəhayət “Arsenal”a (1:4) məğlub olublar.
İdman.Biz
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.