ain.az bildirir, Gununsesi portalına istinadən.
Hazırda həbsdə olan “Quska” ləqəbli sabiq deputat Hüseyn Abdullayev həbsxana həyatına dair şeir yazıb.
Gununsesi.info-nun yaxınlarından əldə etdiyi həmin şeirdə sabiq deputat bugün yaşadığı əzablı həyatından bəhs edib.
Hüseyn Abdullayev yazır:
Taqətim yox olmuş, tükənmiş gücüm
Bu haqsız dünyaya qalmayıb sözüm.
Nə səbrim çarədir, nə hədsiz dözüm
Ən çətin yolların ortasındayam.
Vicdanım tərtəmiz, hiss etmədizmi?
Gör kimə zülm etdiz, heç dəyərdimi?
Keçmişim, gəncliyim heç bilərdimi?
Ölümlə qalımın ortasındayam.
Onu da qeyd edək ki, Hüseyn Abdullayev Heydər Əliyevin hakimiyyətə qayıdışında xüsusi fəallığı olan, sonrakı dönəmlərdə hakimiyyətin qatı müdafiəçilərindən biri kimi tanınsa da ikinci dəfə həbs həyatı yaşadı.
Günay
Gununsesi.info
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.