AZ

Prezidentin qaldığı məkana müdaxilə cəhdləri... Deputat mühüm FAKTLARI AÇDI

GlobalInfo portalından alınan məlumata görə, ain.az xəbər verir.

ABŞ-ın təşəbbüsü ilə yaradılmış Sülh Şurasının Vaşinqtonda keçirilən ilk iclasında iştirak edən Azərbaycan dövlət rəhbərliyinə qarşı radikal ünsürlər tərəfindən təxribat cəhdi ətrafında müzakirələr davam edir.

Beynəlxalq protokollara görə, dövlət başçıları üçün mühafizə prosedurları necədir?

Globalinfo.az-a danışan deputat Arzuxan Əlizadə deyib ki, bu hadisə müəyyən qüvvələrin birbaşa idarə etdiyi və onların sifarişi əsasında həyata keçirilən aksiya kimi qiymətləndirilməlidir:

“Bu, birmənalıdır. Azərbaycanın regionda reallıqları dəyişməsi, söz və güc sahibinə çevrilməsi, bu gün qlobal miqyasda diqqət mərkəzində olması və Cənubi Qafqazda həyata keçirilə biləcək layihələrin əsas leytmotivi kimi çıxış etməsi müəyyən dairələri ciddi şəkildə narahat edir. Bu narahatlıqdan çıxış edən qüvvələr əvvəllər olduğu kimi, indi də Azərbaycana qarşı müxtəlif formalarda təzyiq və hücum yolları axtarırlar. Azərbaycanı beynəlxalq ictimaiyyətin gözündə qaralamaq, hakimiyyəti fərqli rakursdan təqdim etmək cəhdləri yeni deyil. Bu gün də eyni formatda şər və böhtan kampaniyası aparılır. Lakin bu cür cəhdlərlə hər hansı nəticə əldə etmək mümkün deyil”.

Arzuxan Əlizadə

Deputat bildirib ki, beynəlxalq protokollara görə, prezidentlər və dövlət rəhbərləri mühafizə olunmalıdır:

“Onların səfər etdikləri ölkələrdə təhlükəsizlik tədbirləri xüsusi qaydada və yüksək səviyyədə təşkil edilməlidir. Təxribat xarakterli çıxışlar, prezidentin qaldığı məkana müdaxilə cəhdləri heç bir halda yolverilməzdir. Bu hadisə də protokola uyğun şəkildə qarşısı alınmış bir təxribatdır”.

Arzuxan Əlizadə qeyd edib ki, bu təxribata yol verən və xarici qüvvələrin təsiri altında hərəkət edən şəxslərlə bağlı yaşadıqları ölkələrə rəsmi müraciətlər edilməli, onların Azərbaycana təhvil verilməsi tələb olunmalıdır:

“Onlar Azərbaycan qanunvericiliyinə uyğun olaraq ən sərt şəkildə cəzalandırılmalıdırlar. Çünki bu, açıq təxribatdır. Dövlətin atributu olan prezidentə qarşı yönəlmiş bu addım təkcə ölkə başçısına deyil, bütövlükdə dövlətə və hər bir vətəndaşa yönəlik təxribat kimi qəbul edilməlidir. Hər birimiz bu cür hallara qarşı mövqeyimizi açıq şəkildə bildirməli, bu cəhdlərin qarşısının alınmasını tələb etməliyik ki, belə təhlükəli presedentlər təkrar olunmasın”.

Ləman İmran

Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
13
globalinfo.az

1Mənbələr