AZ

Xankəndidəki abidədə türk simvolu Foto

ain.az, Axar.az portalına istinadən məlumatı açıqlayır.

Xankəndidə “Biz və bizim dağlar” heykəlinin müəllifi Sərkis Baqdasaryandır. İtaliyada keçirilən sərgidə bu formada abidə görür və diasporun təklifi ilə eynisini yaratmaq qərarına gəlir. Baqrat Ulubabyan, Zori Balayan və bir neçə o dövrün erməni nümayəndələri ilə məsləhətlər edilir.

Abidə qırmızı tufdan istifadə edilərək tikilib. Ermənilər işğal etdikləri ərazilərimizdə olan qədim abidələri saxtalaşdırarkən də qırmızı tufdan, xaç daşlardan istifadə edirdilər. Onlar elə hesab edirlər ki, bu xaç daşlar ancaq ermənilərə məxsusdur. Tamamilə yanlışdır. Çünki erməni memarlığında qırmızı tufdan istifadə edilməyib.

Qırmızı tufun "erməni memarlığı" kimi qələmə verilməsi əslində böyük bir təbliğatdır. Ciddi alimlər də təsdiq edirlər ki, Qafqaz regionunda Naxçıvanın qədim memarlıq nümunələrində, qala divarlarında və türbələrində vulkanik daşlar, o cümlədən tuf geniş istifadə olunub. Naxçıvan isə qədim bir coğrafi ərazi olduğu üçün ondan öncə bu regionda olan qədim xalqlar qırmızı və boz tufdan istifadə ediblər. Ermənilər Rusiyanın dəstəyi ilə bu ərazilərə köçürüldükcə və sayları artdıqca yerli mədəniyyətə məxsus qədimlikləri oğurlayıblar və hələ də buna davam edirlər.

Erməni memar bu tikilini yaradan zaman qədim türklərə məxsus simvolları da oğurlayaraq öz adlarına çıxıb. Şəkildəki simvolun demək olar ki, eynisinə Səlcuq türklərinin memarlığında “Çərxi-fələk” adı ilə rast gəlirik.

Səlcuqlar bu naxışı daş üzərində böyük ustalıqla işləyirdilər. Ermənilər isə həyasızcasına bunu "Arevaxaç" (Günəş xaçı) adlandırıb özününküləşdirməyə çalışırlar.

Qədim türklər və onlarla əlaqəsi olan digər şərq xalqları bu simvolun sonsuzluğu, əbədi hərəkəti və həyatın dövranını təmsil etdiyinə inandırdılar. Bu simvolu min illər əvvəl, hələ xalqların müasir adları formalaşmamışdan qabaq Mesopotamiya, Misir, Hindistan və hətta qədim Avropa xalqlarında da görə bilərik. Bir az xırda fərqlərlə də olsa, hamısında oxşar məna var idi.

Bu simvol tanrıçılıq/tenqriçilik inancında kainatın dörd tərəfini, fəsillərin dəyişməsini və ruhun əbədi dövranını bildirirdi. Səmavi dinlərdən öncəki memarlıq abidələrində bu işarəyə çox rast gəlinir.

Ermənilər isə sadəcə özlərini xristian kimi təqdim etmək üçün qədim türk və Şərq xalqlarının rəmzlərini götürüb xaçlarla birləşdiriblər.

Qafqaz Albaniyası məbədlərinə baxsanız, orada da buna bənzər yüzlərlə həndəsi naxış, günəş diski və əbədiyyət işarəsi görərsiniz. Ermənilərin izi-tozu bu torpaqlarda olmayanda bu simvollar yerli xalqların istifadəsində idi. 8 qollu quruluş isə bugünün özündə də Azərbaycanın istifadə etdiyi simvoldur.

Daşın teksturası ilə simvolun oyulma dərinliyi göstərir ki, hətta bu, əvvəldən orda olmayıb, bərpa adı altında sonradan ermənilər bunu ora əlavə ediblər.

Son olaraq qeyd edim ki, abidə Azərbaycan SSR büdcəsindən ayrılmış vəsait hesabına yaradılmışdır.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
18
4
axar.az

5Mənbələr