AZ

Saqqız çeynəməyin ziyanları

Gündəlik həyatımızda ağız qoxusunun qarşısını almaq, dişləri təmiz saxlamaq və ya sadəcə vərdiş halında istifadə etdiyimiz saqqız bəzi hallarda sağlamlığımız üçün gözlənilməz risklər yarada bilər. Metbuat.az xəbər verir ki, mütəxəssislər bildirir ki, tez-tez və uzun müddət saqqız çeynəmək bir sıra problemlərə səbəb ola bilər. Saqqızın davamlı şəkildə çeynənməsi çənə oynaqlarında gərginlik yaradır ki, bu da zamanla çənədə ağrı, yorğunluq və hətta danışıq zamanı narahatlıq hissinə səbəb ola bilər. Boş mədədə saqqız çeynəmək isə mədə şirəsinin ifrazını stimullaşdırır. Bu zaman mədədə qida olmadığı üçün ifraz olunan turşu mədə divarına zərər verə, qastrit və ya reflüks kimi xəstəliklərin yaranmasına şərait yarada bilər. Bundan əlavə, bəzi saqqız növlərinin tərkibində olan süni dadlandırıcılar, xüsusilə aspartam kimi maddələr bəzi insanlarda baş ağrısı və miqren tutmalarını artıra bilər.Tərkibində şəkər olan saqqızlar diş minasına zərər verərək kariyes riskini artırır. Hətta şəkərsiz saqqızlar belə ağızdakı turşuluq balansını dəyişərək dişlərə mənfi təsir göstərə bilər. Eyni zamanda saqqız çeynəyərkən udulan hava köp və qaz problemlərinə səbəb ola bilər ki, bu da həzm sistemində narahatlıq və şişkinlik hissini artırır.

Mütəxəssislər saqqızdan istifadəni gündə 10-15 dəqiqə ilə məhdudlaşdırmağı və xüsusilə boş mədədə çeynəməməyə diqqət etməyi tövsiyə edirlər. Sağlamlıq üçün kiçik görünən vərdişlərin belə uzunmüddətli təsirləri ola biləcəyi unudulmamalıdır.

Seçilən
15
metbuat.az

1Mənbələr