AZ

"Reform UK" Britaniyadan ildə 288 min insanı deportasiya etmək niyyətindədir

"Reform UK" Britaniyadan ildə 288 min insanı deportasiya etmək niyyətindədir

Böyük Britaniyanın sağ-populist "Reform UK" partiyası seçkilərdə qalib gələcəyi təqdirdə, ölkədə ABŞ-ın İmmiqrasiya və Gömrük Mühafizəsi (ICE) xidmətinin analoqunu yaratmağı və hər il 288 min insanı deportasiya etməyi planlaşdırır. AFN.az xəbər verir ki, bu barədə "The Guardian" qəzeti partiya sədri Ziya Yusufun fevralın 23-də edəcəyi çıxışın mətninə istinadən məlumat yayıb.

Yusuf çıxışında sərhədlərin təhlükəsizliyini təmin edəcəklərini, Avropa İnsan Hüquqları Məhkəməsindən çıxacaqlarını və ölkədə qanunsuz məskunlaşanları deportasiya edəcəklərini vurğulayıb. Yeni yaradılacaq qurumun "Britaniya Deportasiya Komandanlığı" adlanacağı bildirilir.

Planlara əsasən, bu struktur eyni vaxtda 24 min miqrantı nəzarətdə saxlamaq və gündə beş aviareys təşkil etməklə ildə 288 min nəfəri ölkədən çıxarmaq imkanına malik olacaq. Bundan əlavə, Yusuf "islamçı ekstremizmə qarşı sıfır tolerantlıq" siyasəti yürüdəcəyini, Britaniya mədəniyyətini və xristian irsini qoruyacağını vəd edib.

Qeyd edək ki, son rəy sorğularında "Reform UK" həm hakim Leyboristlər, həm də müxalif Mühafizəkarlar partiyasını qabaqlayaraq liderlik edir. Sorğular göstərir ki, əgər parlament seçkiləri indi keçirilsəydi, Naycel Farajın baş nazir olmaq şansı daha yüksək olardı.

Seçilən
16
afn.az

1Mənbələr