AZ

Çin ABŞ-ı ticarət tərəfdaşlarına qarşı tarifləri qaldırmağa çağırıb

Çin ABŞ-ı ticarət tərəfdaşlarına qarşı birtərəfli tarifləri qaldırmağa çağırır, çünki Pekin öz maraqlarını qətiyyətlə qorumaq niyyətindədir.

Ucnoqta.az xəbər verir ki, bu barədə Çin Xalq Respublikası Ticarət Nazirliyinin saytında açıqlama dərc olunub.

Çin davamlı olaraq hər hansı birtərəfli tariflərə qarşı çıxıb və dəfələrlə ticarət müharibəsində qalibin olmadığını və proteksionizmin gələcəyinin olmadığını vurğulayıb.
Qeyd olunur ki, ABŞ-nin cavab tarifləri, fentanil tarifləri və digər birtərəfli tədbirlər beynəlxalq ticarət qaydalarını və ABŞ-ın daxili qanunlarını pozur və bütün tərəflərin maraqlarına uyğun deyil.

Ticarət Nazirliyi həmçinin qeyd edib ki, Çin və ABŞ arasındakı münasibətlərdə əməkdaşlıq fayda verir, qarşıdurma isə zərər verir. 

Seçilən
13
ucnoqta.az

1Mənbələr