AZ

KİV: ABŞ CJNG narkokartelinin başçısının ləğv edilməsində Meksikaya kömək edib

KİV: ABŞ CJNG narkokartelinin başçısının ləğv edilməsində Meksikaya kömək edib

"Xalisko Yeni Nəsil" (CJNG) narkokartelinin lideri Nemesio Ruben Oseqera Servantesin ("El Menço") məhv edilməsi əməliyyatı Meksika hərbçiləri tərəfindən icra olunsa da, ABŞ və Meksikanın birgə xüsusi qrupunun iştirakı ilə həyata keçirilib.

AFN.az "The Washington Post" qəzetinə istinadən xəbər verir ki, bu qrup 2025-ci ilin yanvarında Pentaqon tərəfindən narkokartellərlə mübarizə üçün yaradılıb və mərkəzi Arizona ştatında (Tuson şəhəri) yerləşir. "Joint Interagency Task Force-Counter Cartel" (JIATF-CC) adlanan bu struktura ABŞ-ın kəşfiyyat, hüquq-mühafizə orqanlarının nümayəndələri və hərbçilər daxildir.

Nəşrin məlumatına görə, qrup Meksika hərbçiləri ilə mütəmadi olaraq qarşılıqlı əlaqədədir və hər iki ölkə ərazisində fəaliyyət göstərən narkokartellər barədə məlumat toplayır. Lakin Meksikanın Vaşinqtondakı səfirliyi əməliyyatın tamamilə Meksika xüsusi xidmət orqanları tərəfindən planlaşdırıldığını və icra edildiyini bəyan edib.

Meksika tərəfi bildirib ki, ABŞ yalnız əlavə kəşfiyyat məlumatları təqdim edib və əməliyyatın ABŞ hərbçiləri tərəfindən keçirilməsi barədə iddialar həqiqəti əks etdirmir.

Seçilən
15
afn.az

1Mənbələr