AZ

Qızılın qiyməti 5150 dolları keçdi

Bakı. Trend:

New York Mercantile Exchange-in bölməsi olan COMEX birjasındaaprel ayı üçün qızıl fyuçerslərinin qiyməti 30 yanvardan bəri ilkdəfə olaraq 1 troya unsiyası üçün 5150 dolları keçib.

Trend xəbər verirki, bu, ticarət platformasının məlumatlarından irəli gəlir.

Bakı vaxtı ilə saat 03:08-ə olan məlumata görə, qiymətli metalınqiyməti troya unsiyası üçün 5160 dollar təşkil edib ki, bu da 0,58faiz artım deməkdir.

Bakı vaxtı ilə saat 03:12-yə qədər isə qızılın qiyməti 5161,5dollara çatıb. Bu, 0,61 faiz artım deməkdir.

Seçilən
18
1
az.trend.az

2Mənbələr