AZ

“Milan”da şok zədə: Loftus Çiki meydandan xərəkdə apardılar

Idman.biz portalından alınan məlumata görə, ain.az xəbər verir.

İtaliya A Seriyasının 26-cı turu çərçivəsində keçirilən “Milan” - “Parma” qarşılaşmasında meydan sahibləri ciddi itki ilə üzləşiblər. “Rossonerlər”in yarımmüdafiəçisi Ruben Loftus-Çik oyunun startında ağır zədə alaraq mübarizəni dayandırmalı olub.

İdman.Biz xəbər verir ki, insident matçın səkkizinci dəqiqəsində baş verib. İngiltərəli futbolçu qonaqların qapıçısı Edoardo Korvi ilə toqquşaraq boyun nahiyəsindən zədə alıb.

Vəziyyəti ciddi olan Loftus-Çik meydanı müstəqil şəkildə tərk edə bilməyib. Tibbi müdaxilədən sonra boynu fiksə edilən futbolçu 11-ci dəqiqədə xərəklə birbaşa xəstəxanaya aparılıb. Onu meydanda Ardon Yaşari əvəzləyib.

İdman.Biz

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
1
1
icma.az

2Mənbələr