Gərginliyin davam etdiyi Yaxın Şərqdə müharibə ehtimalının təxirə salınması gücləndiyi zamanda Mərkəzi Kəşfiyyat İdarəsinin sabiq rəsmisi Con Kiriakou şok iddia irəli sürüb.
"Yeni Sabah" "Sözçü"yə istinadən xəbər verir ki, o ABŞ-nin bu gün və ya sabah İrana hücum edəcəyini bildirib.
Onun bu açıqlaması gündəm yaradıb. Sabiq rəsmiAğ Evdəki mənbələrinə istinadən ABŞ-nin gözləniləndən daha tez İranla bağlı addım atacağını iddia edib.
Kiriakounun sözlərinə görə, Tramp İrana verdiyi 10 günlük vaxtın tamam olmasını gözləməyəcək və ən geci fevralın 24-də əməliyyat həyata keçiriləcək.
Qeyd edəki ki, ABŞ və İran rəsmiləri fevralın 26-da İsveçrənin Cenevrə şəhərində görüş keçirəcəklər.
Telegram kanalımız