AZ

Nüvə üçlüyü Rusiyanın təhlükəsizliyinə zəmanət verir



Nüvə üçlüyü Rusiyanın təhlükəsizliyinə zəmanət verir və dünyada güc balansının qorunmasına kömək edir. Onun inkişafı mütləq prioritet olaraq qalır.

Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin Vətən Müdafiəçisi Günü münasibətilə video müraciətində bildirib.

"Rusiyanın təhlükəsizliyinin qarantı kimi xidmət edən və dünyada strateji çəkindirmənin və güc balansının effektiv şəkildə qorunmasına imkan verən nüvə triadasının inkişafı mütləq prioritet olaraq qalır", - deyə o bildirib.

Dövlət başçısı əlavə edib ki, silahlı qüvvələrin potensialı keyfiyyətcə artırılacaq, onların döyüş hazırlığı, mobilliyi və ən çətin şəraitdə fəaliyyət göstərmək qabiliyyəti genişləndiriləcək.

Anar
Seçilən
19
1
newscenter.az

2Mənbələr