44 günlük müharibədə Azərbaycanın qələbəsi və Bakının sonrakı diplomatik addımları bölgədə mövcud xarici təsirlər sistemini məhv etdi.
Azreform.info xəbər verir ki, bu barədə "Caliber"in süjetində məlumat verilib.
"Gözlənildiyi kimi, ölkəmizin hərbi və siyasi uğuru əks reaksiya doğurdu: hibrid təzyiq alətləri işə salındı. Buna baxmayaraq, döyüş meydanında və diplomatiyada strateji dönüş nöqtəsinə nail olan Azərbaycan hibrid müharibə qarşısında belə müqavimət göstərməyə hazırdır", - videomaterialda deyilir.