Son vaxtlarda bölgələrdə yağıntıların çox olması səbəbindən bəzi ərazilərdə sürüşmə yenidən aktivləşə bilər.
NOCOMMENT.az xəbər verir ki, bunu Coğrafiya İnsitutunun şöbə müdiri Ənvər Əliyev bildirib.
Onun sözlərinə görə, ölkənin dağlıq və dağətəyi əraziləri, xüsusilə Böyük Qafqazın cənub yamacı və erroziyaya uğramış torpaq sahələri sürüşmə riski daşıyır. Bakı və Abşeron yarımadasında isə relyefin dik olduğu yerlərdə, Bayıl yamacı və antropogen yüklənmə olan sahələrdə sürüşmələr ola bilər.
Ənvər Əliyev hazırda seysmik cəhətdən aktiv olan əraziləri də açıqlayıb. O qeyd edib ki, Azərbaycan ərazisi bütövlükdə seysmik aktiv zonada yerləşir, lakin ən yüksək aktivlik göstərən Şamaxı-İsmayıllı və Şimal-Qərb, Qərb, Cənub-Şərq əraziləridir.
O da qeyd olunub ki, Şamaxı və ətraf rayonlarda seysmik proseslərin monitorinqi davam etdirilir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.