AZ

"Arsenal" "Tottenhem"i məğlub etdi - VİDEO

İngiltərə Premyer Liqasının 27-ci turunda "Tottenhem" London derbisində "Arsenal"ı qəbul edib.

Bizim.Media xəbər verir ki, qarşılaşma "Arsenal"ın 1:4 hesablı qələbəsi ilə başa çatıb.

"Arsenal"ın heyətində Ebereçi Eze və Viktor Qyokereş dubla imza atıblar.

Bu turdan sonra "Arsenal" 61 xalla turnir cədvəlinə başçılıq edir, "Tottenhem" isə 29 xalla 16-cı yerdədir.



Bizim.Media

Seçilən
14
3
bizim.media

4Mənbələr