AZ

"Barselona" "Levante"yə şans vermədi - 3 cavabsız qol

style='margin-bottom:10px;'>

"Barselona" La Liqanın 25-ci turunda öz meydanında "Levante"ni qəbul edib.

QOL.az xəbər verir ki, görüş meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb. 

22 fevral

"Barselona" - "Levante" - 3:0

Qollar: M.Bernal, 4, F.De Yonq, 32, F.Lopes, 81

Bu qələbədən sonra xallarını 61-ə yüksəldən "Barselona" turnir cədvəlinə başçılıq edir. 18 xalı olan "Levante" isə 19-cu pillədə qərarlaşıb.

Qeyd edək ki, "Barselona" növbəti turda fevralın 28-də "Vilyarreal"ı qəbul edəcək, "Levante" isə fevralın 27-də "Alaves"lə qarşılaşacaq.

Seçilən
11
teleqraf.com

1Mənbələr